adalet.az header logo
  • Bakı 13°C
04 Dekabr 2018 14:34
4638
HADİSƏ
A- A+

Bir gündə 2 piyadanı maşın vurub

Siyəzən rayonunda qadın piayadının ölümü ilə nəticələnən yo-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, dekabrın 3-də saat 22 radələrində Siyəzən rayonu ərazisində Şabran şəhər sakini Əhməd Sətdarov idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik məlum deyil. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa Bakıda dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır. Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.