adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Dekabr 2018 11:57
25439
ŞOU-BİZNES
A- A+

“Mənim Zaurum daha maraqlıdır” – “Təhminə” serialının aktyoru


Bu sözləri ATV telekanalında yayımlanan "Təhminə və Zaur” serialının Zauru Cövdət Şükürov mərhum xalq artisti Rasim Ocağovun rejissoru olduğu "Təhminə” filmində Zaur obrazını canlandıran xalq artisti Fəxrəddin Manafov haqda Adalet.az-a danışarkən deyib:

"Bəzən filmlə serialı müqayisə edirlər, filmə daha çox üstünlük verilər. Ona görə həmin insanlara bildirmək istəyirəm ki, bu film deyil, serialdır. Amma şəxsən mən öz Zaurumu daha maraqlı hesab edirəm”.

Söhbətə müdaxilə edən serialın Spartakı Cavidan Novruz Cövdəti Zaur obrazında daha çox bəyəndiyini vurğulayıb:

"Oxucular şərhlərdə nə yazırlar, yazsınlar, vecimə deyil. Fəxrəddin Manafov böyük aktyordur. Amma əsəri bilən biri kimi Fəxrəddin Manafov Zaur obrazı deyil”.