adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2018 11:19
13194
ELM VƏ TƏHSİL
A- A+

Təhsillə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda yeni "Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.

Adalet.az xəbər verir ki, qanun layihəsi 5 fəsil, 33 maddədən ibarətdir.

"Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etmək, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etmək, onlar arasında münasibəti tənzimləmək və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdır.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.