adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Dekabr 2018 11:16
2725
HADİSƏ
A- A+

Əhəd Abıyev qəzaya düşdü

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.(Report)