adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Dekabr 2018 11:26
10756
DÜNYA
A- A+

İsrail “Hizbullah”a qarşı hərbi əməliyyata başladı

İsrail hərbçiləri Livanla sərhəddə "Hizbullah” döyüşçülərinə qarşı "Şimal qalxanı” adlı irimiqyaslı hərbi əməliyyatlara başladıqlarını elan ediblər.

Adalet.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bəyan edib.

Onun sözlərinə görə, əməliyyatın başlıca məqsədi İsrail ərazisinə döyüşçülərin gizli keçidi üçün "Hizbullah”ın qazdığı transsərhəd tunellərin aşkarlanması və dağıdılmasıdır.

"Bir sıra bu cür tunellərin mövcudluğu barədə bizdə məlumat var. Amma hələ onların sayını konkretləşdirməyəcəm. Bu tunellər istismara verilməyib və israillilər üçün təcili təhdid yaratmırlar”, – deyə Konrikus bildirib.

İsrailli rəsmi onu da vurğulayıb ki, əməliyyatlar Colan yüksəkliklərinin şimal hissəsi daxil olmaqla, yalnız İsrailin nəzarəti altındakı ərazilərlə həyata keçiriləcək: "Biz ehtiyatda olan hərbçiləri səfərbər etməmişik, lakin Şimal dairəsindəki qoşunlarımızı gücləndirərək onları yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişik”.