adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2018 11:02
9056
ƏDƏBİYYAT
A- A+

GƏRƏK BELƏ ETMƏYƏYDİN - Əbülfət Mədətoğludan yeni şeir

Bu bir yazılmayan məktub...
gərək belə etməyəydin...
Mənim haqqımın üstünə -
haqlı kimi getməyəydin...

Duyaydın içimi tamam
görəydin əriyən şamam!..
Yolunu öpdüyüm adam -
gərək belə etməyəydin...

... gəlib - gedən çox olacaq
qəlbin bir az yuxalacaq...
Sənə hər söz toxunacaq -
gərək belə etməyəydin...

Oldu . keçdi - qədərim bu...
Sevincim bu . kədərim bu!..
Dur , ağlama , üzünü yu -
gərək belə etməyəydin...

Dur qarşıla . dur çıx önə
Baş sağlığı düşür sənə!..
ürəyində demə mənə -
Gərək belə etməyəydin!..