Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Lənkəranda naməlum şəxs evə basqın etdi, ev sahibini döyərək bıçaqladı Adalet.az | Lənkəranda naməlum şəxs evə basqın etdi, ev sahibini döyərək bıçaqladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Lənkəranda naməlum şəxs evə basqın etdi, ev sahibini döyərək bıçaqladı

2070    |   2018-12-03 17:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəranda evə basqın edilib.

Trend-in məlumatına görə, hadisə rayonun Şeydəkəran kəndində baş verib.

Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı qızının evinə basqın edib. Ev sahibəsi səsə oyanıb və səs gələn tərəfə gedib. Bu vaxt naməlum şəxs ona hücum edərək yerə yıxıb.

Daha sonra naməlum şəxs qadına bıçaqla zərbələr endirərək ona zorakılıq tətbiq edib və evdə olan 57 manat, eləcə də qızıl üzüyü götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-ci (Quldurluq,yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb və evə basqın edən şəxsin tutulması istiqamətində axtarış aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK