adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2018 16:37
14789
KRİMİNAL
A- A+

Masallıda evdən pul və qızıl oğurlayan şəxslər tutuldu

Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, onun noyabrın 6-da həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə H.Qənbərov və Ə.Hüseynov da saxlanılıblar.