adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Dekabr 2018 18:00
9345
HADİSƏ
A- A+

Bakıda itkin düşən 20 yaşlı qız tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. Bu barədə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.

O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb.

***

Bakıda 20 yaşlı qız itkin düşüb.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.