ABDAL QASIM: SURİYA YAVAŞ-YAVAŞ TÜRKİYƏNİ İŞĞAL EDİR

15778 | 2018-12-04 18:27

Suriya böyük dövlətlərin öz silahlarını və güclərini sınama poliqonuna çevriləndən sonra bu ölkədən qaçıb Türkiyəyə sığınanların sayı 4 milyonu keçib. Hələ bu rəsmi statistikadı. İndi qardaş ölkədə hər 20 nəfərdən biri suriyalıdı. Türkiyənin tanınmış ekspertlərinin fikrincə, belə davam edərsə tezliklə bu rəqəm onun birənisbətinə düşə bilər. Həm suriyalılar sürətləartırlar (işləri yox, gücləri yox, Türkiyəninhesabına yeyib-içirlər, adambaşınada deyəsən 600 lirə müavinət alırlar, axşamlar da…), həm də Suriyadan yeni bir köç dalğası gözlənilir, bu da təxminən 2 milyonnəfər ola bilər.

Suriya ilə sərhəd rayonlarının bəzilərində suriyalılarınsayı yerli əhalini üstələyir. Bəzilərində isə onların sayı 25-40faizə çatır. Ərəb əlifbası türk əlifbasınıüstələyib. Suriyalılar yavaş-yavaş ölkəniniri şəhərlərinə axışırlar. Elə İstanbulda 500 min suriyalı qaçqın var. Şirkətlər qururlar, mağazalar, lokantalar açırlar. Hələ bir çox yerlərdə də bəzi iş adamlarıtürkləri işdən çıxarıb suriyalıları işə götürürlər, çünki ucuz işçi qüvvəsidirlər, həm də vergidən yayınmağınən asan yoludu.

Kefdilərey, özü də bayramlarda, bəzən şənbə-bazarda yüz minlərlə suriyalı qayıdır öz ölkəsinə, bayramlarını qohum-əqrəbaları ilə keçirirlər, ya da istirahətlərini.

Bəli,yavaş-yavaş Suriya Türkiyəni işğal edir. İşğal təkcə top-tüfənglə olmur ha.

Kənddəbir mamamoğlu vardı, müəllimiydi, ədəbiyyat müəllimi. İtoynadanın biriydi. Dolamadığı adam qalmamışdı. Bizim kənd Ağdama yaxın olduğundan camaatbazarlığa Ağdama gedərdi. Ağdamdan qayıdırmış. Kəndin naxırçısıçıxır qabağına. Çinlə SSRİ-nin ÇitadaDamansk adası uğrunda müharibə elədiyi zamanıydı.

Soruşurki, məllim, Ağdamda nə danışırlar? Müharibənin axırı nətəhər olacaq?

Mamaoğluda qayıdıb deyir:

-Ağsaqqal, vəziyyət çox ağırdı, Çinin başçısı Mao deyib ki, mənim nə vejimə , onsuz da adamımçoxdu. Aparıb tökəjəm Kürə, Kür daşajax SSRİ qalacaq Kürün altında.

Ağsaqqalda başıalovlu qaçır kəndin mətəsinə, soruşurlar nə olub? Deyir ki, hamımız qırılajağıq.

-Əşi niyə?

-Maetsudundu -nədi deyib ki, çinlilərigətirib tökəjəm Kürə, Kür də daşıbSSRİ-ni batırajax.

Ondansonra kənd o yazıq ağsaqqalın adını Mao qoymuşdu.

İndiərəbləri gətirib töküblər Türkiyənin «çaylarına», qorxuram bu çay daşa, Türkiyə qala altında.


TƏQVİM / ARXİV