Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | ABDAL QASIM: SURİYA YAVAŞ-YAVAŞ TÜRKİYƏNİ İŞĞAL EDİR Adalet.az | ABDAL QASIM: SURİYA YAVAŞ-YAVAŞ TÜRKİYƏNİ İŞĞAL EDİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ABDAL QASIM: SURİYA YAVAŞ-YAVAŞ TÜRKİYƏNİ İŞĞAL EDİR

5928    |   2018-12-04 18:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Suriya böyük dövlətlərin öz silahlarını və güclərini sınama poliqonuna çevriləndən sonra bu ölkədən qaçıb Türkiyəyə sığınanların sayı 4 milyonu keçib. Hələ bu rəsmi statistikadı. İndi qardaş ölkədə hər 20 nəfərdən biri suriyalıdı. Türkiyənin tanınmış ekspertlərinin fikrincə, belə davam edərsə tezliklə bu rəqəm onun birə nisbətinə düşə bilər. Həm suriyalılar sürətlə artırlar (işləri yox, gücləri yox, Türkiyənin hesabına yeyib-içirlər, adambaşına da deyəsən 600 lirə müavinət alırlar, axşamlar da…), həm də Suriyadan yeni bir köç dalğası gözlənilir, bu da təxminən 2 milyon nəfər ola bilər.

Suriya ilə sərhəd rayonlarının bəzilərində suriyalıların sayı yerli əhalini üstələyir. Bəzilərində isə onların sayı 25-40 faizə çatır. Ərəb əlifbası türk əlifbasını üstələyib. Suriyalılar yavaş-yavaş ölkənin iri şəhərlərinə axışırlar. Elə İstanbulda 500 min suriyalı qaçqın var. Şirkətlər qururlar, mağazalar, lokantalar açırlar. Hələ bir çox yerlərdə də bəzi iş adamları türkləri işdən çıxarıb suriyalıları işə götürürlər, çünki ucuz işçi qüvvəsidirlər, həm də vergidən yayınmağın ən asan yoludu.

Kefdilər ey, özü də bayramlarda, bəzən şənbə-bazarda yüz minlərlə suriyalı qayıdır öz ölkəsinə , bayramlarını qohum-əqrəbaları ilə keçirirlər, ya da istirahətlərini.

Bəli, yavaş-yavaş Suriya Türkiyəni işğal edir. İşğal təkcə top-tüfənglə olmur ha.

Kənddə bir mamamoğlu vardı, müəllimiydi, ədəbiyyat müəllimi. İtoynadanın biriydi. Dolamadığı adam qalmamışdı. Bizim kənd Ağdama yaxın olduğundan camaat bazarlığa Ağdama gedərdi. Ağdamdan qayıdırmış. Kəndin naxırçısı çıxır qabağına. Çinlə SSRİ-nin Çitada Damansk adası uğrunda müharibə elədiyi zamanıydı.

Soruşur ki, məllim, Ağdamda nə danışırlar? Müharibənin axırı nətəhər olacaq?

Mamaoğlu da qayıdıb deyir:

- Ağsaqqal, vəziyyət çox ağırdı, Çinin başçısı Mao deyib ki, mənim nə vejimə , onsuz da adamım çoxdu. Aparıb tökəjəm Kürə, Kür daşajax SSRİ qalacaq Kürün altında.

Ağsaqqal da başıalovlu qaçır kəndin mətəsinə, soruşurlar nə olub? Deyir ki, hamımız qırılajağıq.

- Əşi niyə?

- Maetsudundu -nədi deyib ki, çinliləri gətirib tökəjəm Kürə, Kür də daşıb SSRİ-ni batırajax.

Ondan sonra kənd o yazıq ağsaqqalın adını Mao qoymuşdu.

İndi ərəbləri gətirib töküblər Türkiyənin «çaylarına», qorxuram bu çay daşa, Türkiyə qala altında.




İmza:

YAZARIN ARXİVİ

2019-02-21 : Ürək səsi
2019-02-21 : Dəmir Çeşməli
2019-02-21 : İki hekayə
2019-02-21 : Ekranda nudizm
2019-02-19 : Alimsayağı sual
2019-02-16 : Həyat etüdləri
2019-02-14 : NİYYƏT
2019-02-14 : OqtayRZA
2019-02-12 : HEKAYƏLƏR
2019-02-12 : TƏBRİK
2019-02-07 : BU RƏMİŞDİR!
2019-02-06 : BANK SƏDRİ
2019-02-06 : GÜNÜN FOTOSU
SON XƏBƏRLƏR
2019-02-21
2019-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
- Niyə gecikdin?
- Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
- Nə?
- Yazılmışdı ki, qabaqda məktəb var, yavaş gedin.




digər lətifələr
ARXİV
FACEBOOK