adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Ərəb baharı" "Avropa baharı" ilə əvəzlənir - Eminquey yazır

EMİNQUEY AKİF
40699 | 2018-12-04 10:00

İki həftəəvvəl yanacağın qiyməti necə artdısa, Fransa alışıb yanmağa başladı. Təsəvvüredin, 2,9 yevro olan benzin birdən-birə 6,5 yevroya qalxır. Adam yanıbtökülməzmi? Yanğın elə sürətləndi ki, Parisdən Bordoya, Brestə, Tuluzaya, Lilləvə Marselə qədər çatdı. Polislər bu yanğını söndürməyə çalışarkən Belçika vəHollandiya da yanmağa başladı. 23 təhlükəsizlik işçisi olmaqla 100-dən çox adamyaralandı, 400 nəfər isə polislər tərəfindən saxlanıldı. Belçikadanın paytaxtıBrüsseldə də polislər aksiyaçılar arasında qarşıdurma baş verib.



Nə Fransaprezidenti Makron etirazçılara düz-əməlli bir açıqlama vermir, nə də hökümətlə "Sarıgeyimli” etirazçıların görüşləri bir nəticə verir. Yanğın Marseldə polismaşınlarından da yan keçməyib.

 

Sizə kimdənvə haradan danışım? Belçikadan. Sən demə, etirazçılar sosial şəbəkələrdəbir-birilə xəbərləşib küçələrə axışıblar. Belçika polisi od-alovlu etirazçılarasu şırnaqlarıyla cavab verir ki, bəlkə yanğının qarşısı alına. 

Bu dəfə dəBelçikanın baş naziri Mişel öz tvitter hesabında verdiyi açıqlamada deyib ki,polisə qarşı göstərdikləri şiddəyə görə heç kim cəzasız qalmayacaq. Daxiliişlər naziri Jan Jambon da bu vəziyyətin çox utancverici bir hal olduğunu deyib.Bəs, yaxşı, bütün bunların tək səbəbi Fransada yanacağın qiymətinin qalxmağıidimi? Bu "Sarı inqilab”ın üstündən əsən külək haranın küləyidir? Olmaya "Ərəbbaharı” "Avropa baharı” ilə əvəzlənir? Amma öz aramızdır, etiraz dalğasını kimtəşkil edibsə, yaman kreativ adamdır. Hamımız bilirik ki, bu sarı jiletlərdənsüpürgəçilər də, polislər də, adi vətəndaşlar da əksərən qaranlıqda seçilməküçün istifadə edirlər. Sarı rəng həm də qorxudan sarılıq tutmuş adamlaraişarədir.


Sizə indiharadan danışım, bizim Hollandiyadan. Hollandiyada vəziyyət biraz fərqlidir.Deməli, çoxlu sarı geyimli etirazçı feysbukda vədləşiblər ki, saat 13:00-da Haaqadakıparlament binasının önündə toplansınlar. Elə də olur. Amma polislər buaksiyanın icazəsiz olduğunu deyib 100-dən çox adamı Türkiyə səfirliyinin önünəyollayır ki, gedib orada etiraz etsinlər. Sizcə də maraqlı deyilmi?

 

15 iyulTürkiyədəki inqilab cəhdi də Qərbin oyunu deyildimi? Türklərə qarşı nifrətpolislərin etirazçıları Türk səfirliyinin önünə daşımasından da hiss olunur.  


TramplaMakronun görüşündən dərhal sonra baş vermədimi bu hadisələr? Siz İngilislərəbaxmayın, onlar lap başdan Amerikaya meyillidirlər. Amma Fransa yox.

 
Etirazçılar polislərə kələk gəlib dağılışsalar da, sonra yenidən parlamentbinasının önünə axışıblar. Bu aksiyanın başçılarından biri olan İnqeborq deyibki, biz Fransadakı aksiyalardan ilhamlanmışıq. Biz problemlərimizi dinc yollaifadə etmək niyyətindəyik. Əgər kimsə əksini edirsə, bizlik deyil. Hər kəsözünə cavabdehdir.


Hə, yəni kimgünahkardırsa, daşı birinci o atsın. Elə yəqin o səbəbdəndir ki, qarşıdurmadaetirazçılar polisə daş atmaqla təzyiq göstərirdilər.


Amma olabilməz ki, Fransa da kimdənsə ilhamlanmasın. Yadınıza "Ərəb baharı”nı salın.Hansı ki, Avropa ilə Amerika birləşib müsəlman ölkələrinin başına bir yekə çuvaltikmişdilər. Bu hadisələr zamanı miqrantlara qucaq açmaq işin kosmetik tərəfiidi. Guya ki, Avropa mərhəmət ilahəsidir. Axı miqrantların həmin Avropaölkələrində hansı təzyiqlə rastlaşdığını ki, hamınız açıq-aydın görmüşdünüz.Fransada problem az idimi? Bu benzin qiymətinin artımı qalaq-qalaq yığılan din,irq ayrıseçkiliyi, sosial vəziyyətin aşağı olması kimi problemlərə vurulmuş odidi. Özünü xoşbəxt ölkələr siyahısında görən bu ölkələr birdən-birə alovlanmağabaşladı. Olmaya ərəb baharı öz başlarında çartladı? Bəli. Amerika nahaqq yerəbu dünyanın hegemonu sayılmır ki. Başqasına torba tikəndə bilmirdin ki, bir güngün o torba öz başına keçiriləcək?



Amerika öztornadoları, qasırğaları ilə seçilən regiondur. Görünür, bu "Sarı inqilab” , yada "Avropa baharı” da elə o tornadolardan biridir. Əsir, əsir, əsir və Fransadaçıxmış yanğın sürətlə o biri Avropa ölkələrinə də yayılır. Burda bir məsəlyadıma düşdü:

Deyir, çobanınevi yandı, inanan olmadı. İndi çoban kimi ərəb ölkələrinə od vuran bu baharpərəstlərindadına kim çatacaq? Amerikamı? 

TƏQVİM / ARXİV