adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Dekabr 2018 13:46
15069
KRİMİNAL
A- A+

Metroda oğurluq edən şəxs tutuldu

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

DİN Mətbuat Xidmətindən  Adalet.az-a verilən məlumata görə, dekabrın 2-də saat 11 radələrində metronun "Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.