Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | “Best Model of Azerbaijan”ın münsifi: “Biz model seçirdik, gözəl yox” - QALMAQAL Adalet.az | “Best Model of Azerbaijan”ın münsifi: “Biz model seçirdik, gözəl yox” - QALMAQAL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

“Best Model of Azerbaijan”ın münsifi: “Biz model seçirdik, gözəl yox” - QALMAQAL

202953    |   2018-12-03 12:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gün bundan əvvəl "Best Model of Azerbaijan” yarışmasının finalı keçirilib. Müsabiqədə "ən yaxşı xanım" Aygül Səfərova, "ən yaxşı bəy" isə Şakir Əhmədzadə seçilib.

Müsabiqənin keçirilməsindən bu günə qədər fotoları sosial şəbəkələrdə paylaşılan "Azərbaycan gözəli” tənqid olunur. Tənqidçilər Aygül Səfərovanın "ən yaxşı xanım” seçilməsi ilə razılaşmırlar.


İnsanların iradlarına münasibət bildirən, münsiflər heyətinin üzvü, modelyer-dizayner Gülnarə XəlilovaModern.az-a açıqlamasında vurğulayıb ki, bütün dünyada "Best Model” seçilən xanımların çox gözəl olması barədə qayda yoxdur:

"Bu gözəllik yarışması deyil və biz də model seçirdik, gözəl yox. Biz geyindiyi geyimləri məharətlə daşıya bilən canlı asqı seçirdik. Professionalların deyimində modellər "asqı” adlanır. Ona görə, bizə "asqı”nın bədən quruluşu, geyimləri daşıma məharəti önəmlidir. İnsanlar istəyir ki, həm qız gözəl olsun, həm də geyimləri gözəl daşısın. Amma dünya ölkələrində keçirilən müxtəlif dəfilələrdə olmuş insan kimi deyə bilərəm ki, əslində belə deyil. Modellər çox zaman gözəl olmurlar. Çünki onlar gözəllik kriteriyası ilə seçilmirlər. Modellər gözəl bədən quruluşuna malik olmalı, geyindikləri geyimi məharətlə daşımalıdırlar”.

Qeyd edək ki, qalib xanım "Best Model of Worlds”a getmək istəmir.Yarışmanın milli direktoru Aqil Məmiyev mətbuata açıqlamasında bildirib ki, "ən yaxşı xanım”ın ailəsi icazə vermədiyinə görə, o, Azərbaycanı dünyada təmsil etməyəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK