Rusiyada azərbaycanlılar arasında atışma - 1 ölü, 2 yaralı
Rusiyanın Nadım şəhərində azərbaycanlı mütəşəkkil cinayətkar qruplaşmalarının üzvləri arasında atışma baş verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 1-i gündüz saatlarında şəhərdəki binalardan birinin qarşısında baş verən mübahisə zamanı iki nəfər silahlı şəxs üç şəhər sakininə atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Yaralılar şəhər xəstəxanasına çatdırılıb. Baş və sinəsindən yaralanan şəxslər reanimasiyaya yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qətl törədən iki şəxsdən birini yaxalayıb.
Ölən Akşin Həsənov adlı şəxsin mütəşəkkil qruplaşmalardan birinin rəhbəri olduğu bildirilib. Yaralıların qardaşlar Yalçın və Mais Məmmədov olduğu ortaya çıxıb.
İlkin məlumata görə, münaqişəyə biznesin bölüşdürülməsi məsələsi səbəb olub.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.(bakupost)
Digər Xəbərlər
17 Aprel 2024 19:41