adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Dekabr 2018 11:03
14277
İQTİSADİYYAT
A- A+

Qətər OPEK-dən çıxacaq

Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şnida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır.

Qeyd edək ki, OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.

Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.

Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEK-i tərk edib.