adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2018 10:35
4778
HADİSƏ
A- A+

İstirahət günləri Azərbaycan yollarında 5 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 189 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər”lə açılıb.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.