adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Dekabr 2018 10:31
11282
DÜNYA
A- A+

İŞİD-in liderlərindən biri məhv edildi

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada pilotsuz təyyarə ilə həyata keçirdiyi hava hücumu zamanı İŞİD qruplaşmasının liderlərindən biri məhv edilib.

Adalet.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Pentaqon nümayəndəsi Şon Rayanın məlumatına görə, qruplaşma lideri Əbu əl-Umaray 2014-cü ildə ABŞ ordusunun keçmiş hərbçisi Piter Kessinqi edam edib.

Hava hücumu zamanı daha bir neçə İŞİD üzvünün də məhv edildiyi xəbər verilir.