adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Dekabr 2018 14:58
11392
DÜNYA
A- A+

Tramp ABŞ-da matəm elan edəcək

ABŞ prezidenti Donald Tramp dekabrın 5-ni ölkənin 41-ci prezidenti Corc Buşun (böyük) vəfat etməsi ilə əlaqədar matəm günü elan edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Corc Buş dekabrın 1-də vəfat edib. 94 yaşında dünyasını dəyişən siyasətçi 1989-1993-cü illərdə ABŞ prezidenti olub.