“Böhtandır, iftiradır, ayıb olsun!” - Deputat cavab verdi
"Özünü "İrəvan TV" adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm"
Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əflatun Amaşov "Facebook" hesabında yazıb.
Ə.Amaşov haqqında deyilənlərin yalan olduğunu bildirib: "Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdir! Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdiriməsini müşahidə edirəm. Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (https://azvision.az/redirect.php?url=http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!".
Digər Xəbərlər
20 Aprel 2024 17:00
Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar
19 Aprel 2024 19:37“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17