adalet.az header logo
  • Bakı 20°C

NUR PAYI...

13782 | 2018-12-01 00:13

(əvvəli ötən sayımızda)

Bəlkə də bu şeiri elə həmin hadisənin təsiri altında yazıb:

Qonaq getsən evinə hərdən qardaşın,
Qaşqabaqlı gəzər beş gün yoldaşı.
Dönər lap zəhərə yediyin aşı,
Deyin, oxşayırmı mənə qardaşım?

Alimlə xoş günlərimiz çox olub. Özü də doxsanıncı illərin sərt illərində. Sanki gərginlikdən çıxmaq üçün hərdən ailəliklə görüşərdik. Gah Siyəzəndə, gah da Böyük Həmyə kəndində, Alimin ata ocağında. Atası Sahibcan uzun müddət sovet işində işləmişdi. Hətta ondan dəfinə də qaldığını desələr də, Alim heç kimə sirr vermirdi. Bəlkə də bu söz-söhbət elə ondan irəli gəlirdi. Böyük oğlu Sahib evlənəndə, ailə quranda sevindilər. Rahib ondan əvvəl evlənmiş, Sumqayıtda yaşayan Cəbrayıllı ailəsi ilə qohum olmuşdu. Bir gün də onlara birlikdə gedib, yaxşıca döşəməli aş yeyəsi oldular. Şabalıdlı, kişmişli, zəfəranlı... Hinduşka əti də bir tərəfdə...
Alim isə sakit dayanmır, elə gecəli-gündüzlü yazırdı. Daha çox elə məşhur şairlərin sözlərini əzbər deyərdi. Fizulidən xüsusilə:

Eşqidir mehrabı uca göylərin,
Eşqisiz ey dünya, nədir dəyərin?!

Alim hal əhli idi. Qonaq qarşılamağın, yola salmağın əsil ustası idi. Quyruq piyi ilə sənə elə kartof, badımcan kababları bişirsin ki, dadı damağından getməsin, özün də əhsən de!
Ancaq bu bəndi kimə həsr edib, bilmir. Çox toxunaqlı yazırdı axı. Buna görə vaxtında yaxşı ki, onu məhkəməyə vermədilər. qanun-qayda adından danışmaqla deymil ki. Gərək özün də bu tələbləri gözləyəsən. Şer belədi:

Yaman qorxaq olub, həm də ki aciz,
Qoymayıb həyatda silinməz bir iz.
Alim onu sanır candan da əziz,
Nədən oxşamayır mənə qardaşım?

Alimin o vaxtlar az-çox sevincli günləri başladı. Oğlanları hər ikisi ali məktəbə qəbul olundular. Şadlıq məclislərində iştirak edib, xoş sözlər dedi. Onların əlləri çörəyə çatdı, Alimə arxa-dayaq oldular. Təzə ev tikdirdilər, ailə qurdular. Bundan böyük nə xoşbəxtlik ola bilərdi ki?!.
Bir gün qapıları döyüldü, açıldı... Ailəliklə onlara gəliişdilər. Alimə bir söz deyə bilməsə də, elə hərdən dediyi öz sözləri yadına düşdü: "Çörək itməz!" Bu çörəkdən Alimgildə də çox kəsiblər.
Aranı sərinlədən əsas bir məsələ oldu, qalan hamısı bəhanə idi. Alim taksovatlıq edəndə kimləsə mübahisələşib, Rahibi köməyə çağırmaq, onlara dərs vermək istəyib! Bu söhbəti sonradan eşidəndə, ona ağır gəldi. İstəmədi ki, Alim gələcəkdə ağzı qanlı ata rolunda çıxış eləsin.
Şükür ki, hər şey qaydasına düşdü. O, təqaüdə çıxıb, Alim də daha saqqallı bığlı bir kişidi. Məşədidi, təsbeh çevirir.
Ancaq hərdən yüz-yüzdən də qalmır. Müasir adamdı da. Özü demiş, hərdən bədəni spirtlə dizinfeksiya etmək lazımdı. Təki sağ-salamat, həmişə kefləri kök olsun!
Satirik qələmlə sözlərini deyən şapir və yazıçılarımız olub. Elə böyük Nəsimidən parça:

Zahidin barmağın kəsən dönub həqdən qaçar.
Bu miskin şairi sərp soyarlar ağlamaz.

Eləcə də Seyid Əzim Şirvaninin sözləri:

İt demə, o da bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz!..

Bir sözlə əsil şair elə beləcə yadda qalır, oxunur, unudulmur. Kaş biləydiniz, görəydiniz ki, onun qəzetdə dərc olunmuş həmin şeiri necə də maraqlı oxunurdu: "Niyə oxşamayır, mənə qardaşım?"
Bəlkə də bu yazını yazmazdı... Ona görə yazdı ki, qohum-qardaş ondan uzaq düşəndə, 1993-cü ilin ağır günlərində Respublikamıza gəlib, Prezident Heylər Əliyevə təbrik teleqramı vuran, onu müdafiə edənlərindən biri olmuşdu! Hətta o teleqramın qəbzini hərdən dost-tanışlara göstərib deyirdi:
- Kişi olun, ə!.. Ondan yaxşısını seçəcəyik?!.
Kim onun yanında Prezidentə qarşı çıxa, Heydər Əliyevin ünvanına xoşagəlməz bir söz deyərdi?! Bəlkə də həmin şeirin ilk tapıntısı o illərə təsadüf edir: "Niyə oxşamayır mənə qardaşım?!." Cəbhəçilərin həddi nə idi, Alim olan yerdə dövlətçilik əleyhinə artıq-əskik bir söz danışaydılar...
Bax beləcə o fırtınalı illərdə sən özünü bizə sevdirə bildin, qardaş! Arada bir az sərinlik olsa da, sən mənim üçün yenə də həmin Alimsən! Məşədi Alim! Sözünə bütöv, qonaqpərvər, dosta-yoldaşa, qardaşa canıyanan! O adamlar inciyir, gileylənir ki, onların qəlbində İlahinin bəxş etdiyi nur payı var. Zərə-zərrə də olsa ondan hamıya pay vermək istəyirlər...
Bir vaxt böyük şairimiz Süleyman Rüstəm bu yerlərin gözəlliklərini vəsf edərək yazırdı:

Cənnət görmək istəyən-
Azərbaycana gəlsin!

Həm də ilk canlının itin kosmosa qaldırılması barədə yazmışdı:

Göydə Layka etdikcə ham-ham,
Biz yerdə alırıq ilham!

Bütün bunlarla demək istəiyr ki, bir tənliyi, düsturu ilə dünyada şöhrət tapmış riyaziyyatçılar, alimlər olduğu kimi, bir şeiri, bir hekayəsi ilə də yaddaşlarda qalan sənət adamları var, olub, olacaq! Necə ki, "Gecəyarı sui -qəsd" povestindən sonra çoxları ona dedi ki, başqa əsər yazma! Elə o vaxt, elə indi də "Gənclik" nəşriyyatının direktoru olan Adil Abdullayev də belə demişdi.
Oğlanları ali məktəbə qəbul olunmaqla sanki onun ata ocağında qoşa ulduz parladı! Bilirsən ki, Sahibin, Rahibin xətrini səndən heç də az istəmirik. Ancaq nə edək, arada bizimlə qohum olmaq istəsən də, alınmadı da. Bəlkə də, İlahinin düzgün seçimi bu imiş! Bir də ki, ürəyə zor etmək olmaz axı. Qızın istədiyi vardı.
Xoşbəxt olsunlar, indi nəvələrin var. O gün olsun ki, nəticə də görəsən. Ancaq sən Allah o balıqçılarla işin yoxdur! Qoy azad ölkədə, azad şəkildə tor atıb balıq tutsunlar! İndi də Müstəqilliyin ilk günləri deyil ki, hərəyə bir qaragözlük gələsən! Kitab oxumağını bilirəm. Kitablarımı cəmləşdirdiyini, sərgilədiyini də. Özün yazsan da, hərdən şair Nəcməddin Mürvətovun şeirlərini də dinlə, şair qardaşımızdı...
Xoşbəxt ol, qardaşım! Ailənlə, gəlinlərinlə, nəvələrinlə!


TƏQVİM / ARXİV