adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Dekabr 2018 12:45
7285
GÜNDƏM
A- A+

Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür

1988-cu il dekabrın 1-də ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən QİÇS-lə mübarizə günü kimi tarixə keçib.

İlk dəfə 1981-ci il 5 iyun tarixində Amerika xəstəliklərin kontrolu Mərkəzində yeni xəstəlik –QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qeydə alınıb. Bu ağır xəstəlik insanda İİV infekfeksiyasının inkişafı fonunda yaranır.

Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

1988-ci ildə təsis edilmiş QİÇS-lə mübarizə günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların İİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir.

Qeyd edək ki, Azərbaycanda "QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir. Rəsmi məlumata görə, Azərbaycan İİV epidemiyasının konsentrasiya mərhələsindədir. 2017-ci ilin sonuna qədər İİV-ə yoluxmuş analar 478 uşaq dünyaya gətirib. QİÇS-lə Mübarizə Mərkəzində 118 uşaq anadan yoluxma faktı üzrə qeydiyyata alınıb. Son illərdə anadan uşağa yoluxma faktları azalıb. İndiyə qədər İİV-ə yoluxmuş 946 nəfər dünyasını dəyişib. Bu il nikaha daxil olmaq istəyən 113 nəfərdə İİV aşkarlanıb.

QİÇS-lə mübarizə gününün əsas simvolu qırmızı lentdir. İLk dəfə 1991-ci ilin yaz aylarında Frank Mur tərəfindən fikir kimi irəli sürülüb. (Medicina.az)