adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Dekabr 2018 12:34
6039
MƏMLƏKƏT
A- A+

Torpaq sahəsindən istifadə ilə bağlı yeni QƏRAR

Nazirlər Kabineti "Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nı təsdiq edib.

Adalet.az-ın məlumatına görə, bu qərar "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.