adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Noyabr 2018 17:18
23265
TEXNOLOGİYA
A- A+

“Yandex”in rəhbərliyi Azərbaycandan üzr istədi

"Yandex” şirkətinə məxsus "Alisa” səsli mobil köməkçi tətbiqində "azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova məlumat paylaşıb.

Bildirib ki, nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq, müvafiq ölçü götürülməsi üçün "Yandex” şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb:

"Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib. Qeyd olunan faktla bağlı "Yandex” şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb".