adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Noyabr 2018 15:40
6403
MƏMLƏKƏT
A- A+

““Pinqvin” torbalar təkcə insan sağlamlığına deyil, ətraf mühitə da təhlükə yaradır”

Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" adlandırılan sellofan torbalarda qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil, ətraf mühitə, flora və faunaya da təhlükə yaradır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.

İ.İbrahimova bildirib ki, əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu və alıcılar da ipdən toxunan, parçadan hazırlanan, yaxud həsir tipli zənbillərdən istifadə edirdi:

"Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan kağızı da, parçanı da, həsiri də sellofan torbalar əvəz etdi. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur. Gəlin, təmiz ətraf mühit üçün sellofan torbalardan imtina edək, kağız və parça torbalara geri dönək, alış-verişlərdə həsir zənbillərdən istifadə edək və bununla da ətraf mühitin qorunması üzrə mühüm bir addım ataq".(modern.az)