adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Noyabr 2018 15:27
16006
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbində Qiraət müsabiqəsi keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin 7 yaşının tamam olması münasibətilə Qiraət müsabiqəsi keçirilib. "Qəlbim səni seçdi” adlı qiraət müsabiqəsi üçün təşkil edilmiş tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Millət vəkilləri Zahid Oruc və Qüdrət Həsənquliyev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov hər kəsi salamlayaraq bildirib ki, Ali Məktəb 29 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb, 2017-ci ilin mayında isə Prezident İlham Əliyev tərəfindən BANM-ın yeni kampusunun açılışı olub. Rektor həmçinin qeyd edib ki, BANM artıq neçə illərdir ki Təhsil Nazirliyinin illik hesabatında tələbə qəbulu üzrə ən yüksək orta bala görə reytinq cədvəlində liderdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Zahid Oruc və Qüdrət Həsənquliyev tədbirdə çıxış edərək Ali Məktəbin 7 yaşı münasibətilə onun bütün kollektivini təbrik edib, Azərbaycanda yüksək infrastruktura malik və keyfiyyətli təhsil verən bu cür ali təhsil müəssisəsinin olması ilə fəxr etdiklərini bildiriblər.

Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru, əməkdar müəllim və

müsabiqənin münsiflər heyətinin üzvü Fuad Vəliyev isə öz çıxışında bildirib ki,bu cür müsabiqələrin keçirilməsi texniki sahələrin tələbələri üçün sosial bacarıqlarının formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Çıxışının sonunda isə professor Fuad Vəliyev öz anasına həsr etdiyi şeri tədbir iştirakçıları üçün səsləndirib.

Daha sonra Qiraət müsabiqəsinin digər münsiflər heyəti - xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının dossenti aktrisa Həmidə Ömərova, Xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Ramiz Novruz, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti kafedrasının müdiri, professor Gülşad Baxşıyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dossenti, bədii qiraət ustası Nadir Hüseynov tədbir iştirakçılarına təqdim edilərək müsabiqə açıq elan edilib.

Müsabiqədə Ali Məktəbin tələbələri müxtəlif mövzular üzrə hazırladıqları şerləri böyük məharətlə səsləndirərək tədbir iştirakçılarına maraqlı və təsirli anlar yaşadıblar.

Sonda münsiflər heyəti tərəfindən "Qəlbim səni seçdi” qiraət müsabiqəsinin qalibləri seçilib. Seçim məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlar üzərindən aparılıb.

Bədii qiraət müsabiqəsində birinci yerə IV kurs tələbəsi Sənan Həsənzadə, ikinci yerə II kurs tələbəsi Nilüfər Əsgərzadə, üçüncü yerə isə I kurs tələbəsi Xəyal Fərzəliyev , daha səkkiz nəfər isə həvəsləndirici iştirakçı adına layiq görülüblər Qaliblər sertifikat və mükafatlarla təltif olunublar.