adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
30 Noyabr 2018 15:17
11951
SİYASƏT
A- A+

Oqtay Əsədov: “Deyəsən, dərmanın dozası çox olub”

Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi geniş müzakirələrə səbəb olub.

Qanun layihəsi ətrafında çıxış edən deputat Tahir Kərimli sənəddə "effektiv” sözünün "səmərəli” sözü ilə əvəzlənməsini istəyib.

"Biz gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müaviniMusa Quliyevisə deputatın çıxışına münasibət bildirib.

"Tahir müəllim, burada nəzərdə tutulan "effektiv” sözü tibbi bir anlayışdır”.

Daha sonra isə çıxış edən spikerOqtay Əsədovdeyib ki, deyəsən, dərmanın dozası çox olub. "Qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır. Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur.

Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək”.


Səhiyyə komitəsinin sədriƏhliman Əmiraslanovəlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: "Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

Parlament sədrinin birinci müaviniZiyafət Əsgərovda deputat Tahir Kərimlinin dilçiliklə bağlı qaldırdığı məsələyə reaksiya verib. O deyib ki, dilin qorunması ilə bağlı qaldırılan fikirlə hamı razıdır.

"Biz dilimizi ana südü kimi qorumalıyıq”.