adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Noyabr 2018 13:16
12354
SİYASƏT
A- A+

“Onlar da məntiqlə ailə üzvü hesab olunur” – Vergilər naziri

Milli Məclisin deputatı Çingiz Qənizadə yenidən nəvələrin Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsinə etiraz edib.

Deputat Çingiz Qənizadə parlamentin iclasında bildirib ki, bu məsələ hüquq sistemində də problem yaradır.

"Çox vaxt notariuslar şikayət edir ki, bu Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, amma bir yerdə yaşayan baba və nəvələr ailə üzvü sayılmır? Xahiş edirəm ki, yeni Məcəllədə bu məsələ nəzərə alınsın” .

Vergilər naziri Mikayıl Cabbarov isə Ç. Qənizadəyə cavab olaraq bildirib ki, bu məsələyə İşçi Qrupu səviyyəsində baxıla bilər.

"Amma əslində bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur”.