adalet.az header logo
  • Bakı 20°C
30 Noyabr 2018 13:15
6779
GÜNDƏM
A- A+

Fazil Mustafa Gəncədə yeni universitet yaradılmasını təklif etdi

Deputat Fazil Mustafa Milli Məclisin iclasında Gəncədə yeni universitet yaradılmasını təklif edib.

Bunu deputat Fazil Mustafa parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, Gəncəyə ölkə başçısı tərəfindən insanların ayağına gedən bir icra başçısı təyin olunub və bu təqdir olunası haldır.

"Amma Gəncə kimi bir şəhərə həftədə 3 dəfə təyyarə uçur. Əgər biz regionların inkişafını istəyiriksə, o zaman hökumət Gəncəyə ən azından gündə bir dəfə təyyarə uçuşunu təmin etmək barədə düşünməlidir. Digər bir məqam isə ondan ibarətdir ki, regionların inkişafı məqsədi ilə sahibkarlara güzəştlər tətbiq edilməlidir.

Gəncə kimi ikinci şəhərdə elə bir universitet yaradılmalıdır ki, hamı oranı seçmək üçün mübarizə aparsın. Biz regionları inkişaf etdirməklə Bakının yükünü azalda bilərik. Odur ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır”.