adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2018 18:15
24032
MARAQLI
A- A+

SSRİ-yə getmək istəyirəm..

Adalet.az Sovet dövrünə aid gülməli əhvalatları təqdim edir.

Sovetlər vaxtında uşaq bağçasında tərbiyəçi uşaqlara deyir:
- Sovet İttifaqında hamı doyunca yeyir, qəşəng geyinir. SSRİ-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün sovet uşaqlarının gözəl oyuncaqları var. .
Vova ağlayır:
-Mən, mən ... SSRİ-yə getmək istəyirəm..

Yəhudi Rabinoviç hər səhər qəzet köşkündən "Pravda” qəzeti götürür, birinci səhifəyə baxır, almayıb qaytarır. Bir neçə gündən sonra satıcı soruşur:
-Nə axtarırsan?
-Nekroloq.
-Nekroloqlar sonuncu səhifədə olur.
-Mənim gözlədiyim nekroloq birinci səhifədə olacaq.

Lektor beşilliyin uğurlarından danışır:
-Şəhərdə elektrik stansiyası tikilib...
Zaldan səs:
-Mən ordan gəlirəm. Heç bir elektrik stansiyası yoxdu.
Lektor davam edir:
- Şəhərdə kimya zavodu tikilib...
Həmin səs:
- Bu yaxınlarda orda idim. Heç bir zavod yoxdu.
Lektor qəzəblənir:
- Siz, yoldaş, az avaralanın, bir az qəzet oxuyun.

Pessimistlı optimistin fərqi nədir?
-Pessimist yaxşıca məlumatı olan optimistdir, optimist isə yaxşıca instruktaj olunmuş pessimist
.
Stalin məruzə edir. Kimsə asqırır.
-Kim asqırdı? (hamı susur) 1-ci sıra, ayağa qalxın. Güllələnsin (alqışlar). Kim idi asqıran? (sükut) İkinci sıra ayağa qalxsın, güllələyin. Kim idi asqıran? (sükut). Üçüncü sıra ayağa qalxsın. Güllələyin. (gurultulu alqışlar. Hamı ayağa qalxır şüar qışqırır: "Böyük Stalinə eşq olsun!") Kim asqırdı?
-Mən, mən! (bir nəfər hıçqırır)
- Sağlam olun, yoldaş!

Brejnev bir qrup kosmonavtı yanına çağırır:
- Yoldaşlar, amerikalılar Aya uçdular, biz Günəşə uçmalıyıq.
- Biz yanarıq axı, Leonid İliç!
- Qorxmayın, partiya hər şeyi düşünüb – gecə uçacaqsınız
.
Brejnev və Nikson öz cangüdənləri ilə Niaqara şəlaləsinin yanında dururlar. Onları yoxlayıb deyirlər ki, özünü aşağı at. Amerikalı etiraz edir:
-Mənim ailəm, uşağım var.
Rus düşünmədən özünü atır. Onu tuturlar. Nikson soruşur:
-Necə oldu ki, özünü atmağa qərar verdin?
- Ailəm var, uşağım var...!

Brejnev telefonla Niksona yuxusunu danışır:
-Yuxuda gördüm ki, Ağ Evin üzərində qırmızı bayraq dalğalanır!
Səhəri gün Nikson Brejnevə zəng edib yuxusunu danışır:
-Kremlin üzərində qırmızı bayraq gördüm.
- Bu əslində də belədir – deyə Brejnev cavab verir.
- Bəli, amma o qırmızı bayrağın üstündə Çin dilində nəsə yazılmışdı...

SSRİ-yə gələn Nikson Brejnevdən soruşur ki, niyə sovet fəhlələri tətil eləmir? Cavab əvəzinə Brejnev onu zavoda aparır və fəhlələrə deyir:
-Sabahdan maaşınız azaldılacaq (alqışlar). İş günü uzadılacaq (alqışlar). Hər onuncu fəhlə edam ediləcək (alqışlar. Bir nəfər sual verir: "Kəndiri özümüz gətirək, yoxsa həmkarlar ittifaqı verəcək??")

Brejnevin anası Moskvada oğlunun yanına gəlir. Onun qəsrini, bahalı əşyalarını, qulluqçularını, qarajını görüb ağlayır:
- Oğlum, 1917-ci il yadıma düşür. Qorxuram. Birdən qırmızılar yenə gələrlər.

Helmut Şmidt, Jiskar d Esten və Brejnev öz bahalı hədiyyələri ilə öyünürlər. Şmidt özünün bahalı siqar qabını göstərir. Üzərində yazılıb: "Əziz Helmuta onu sevən arvadından ". d Esten özünün orijinal trubkasını göstərir. Onun üzərində yazılıb: "Əziz Jiskara vətənpərvər fransız qızından". Brejnev üstü brilyantlı qızıl portsiqarını göstərir. Onun üstündə yazılıb: "Hörmətli qraf Uvarova böyük knyaz Sergey Aleksandroviçdən ".

İnspeksiya sovxozları gəzib toyuqların necə yemlənməsini öyrənir: "Seçmə dənlə", - sovxozların birində deyirlər. Onların üstünə qışqırırlar: "Seçmə dəni toyuğa verərlər??!" Məsələdən xəbərdar olan o biri sovxozda deyirlər ki, toyuqlara dənin artığını verirlər. Onların üstünə qışqırırlar: "Sovet toyuqlarına tullantı dən verirsiniz?!" Üçüncü sovxozun direktoru Rabinoviç deyir:
- Gündə bir toyuğa iki qəpik xərclənməli deyil? Biz özlərinə veririk, nə istəyirlər, alsınlar!

Kolxoz sədri qabaqcıl sağıcını çağırıb deyir:
-Mənə zəng edib dedilər ki, sabah mərkəzdən gəlib səndən intervyü alacaqlar.
- O nədi?
- Dəqiq bilmirəm. Hər halda hamama gedib yuyun.

Psixiatrın qəbulunda:
- Doktor, məndə şəxsiyyətin pozulması var: bir şey düşünür, başqa şey deyir, üçüncünü edirəm.
- Bu, onu göstərir ki, tam normalsan!

Televiziyada dördüncü kanal işə düşür. İlk gün vətəndaş televizorun önündə oturub birinci kanalı açır. Orada Brejnev çıxış edir. İkinciyə çevirir, yenə Brejnev, üçüncüdə də Brejnev... Dördüncü kanala çevirir. Orada KQB polkovniki oturub barmağı ilə hədələyir: "Kanalları yaman çox dəyişirsən haa...”

Elan: "İntelligent rus ailəsinə xaricə getmək üçün yəhudi kürəkən lazımdır”

Brejnev Kosıgindən soruşur:
-Bizdə nə qədər yəhudi var?
- 3-4 milyon.
- Biz onlara getmək icazəsi versək, çoxları istəyər?
- 10-15 milyon..

- Doğrudan, Dzerjinski uşaqları sevirdi?
- Bəli. Amma onların valideynlərinə nifrət edirdi.

- Döğrudan, sovet islah-əmək koloniyalarında gözəl şərait var?
- Bəli, biri şübhə edirdi. Tezliklə öz gözü ilə görmək imkanı əldə etdi. Ora xoşuna gəldi, ona görə hələ də qayıtmayıb.!

Sosialist, kapitalist və kommunist görüş təyin edirlər. Sosialist gecikir:
- Gecikdiyim üçün bağışlayın, kolbasa növbəsində dururdum.
- Növbə nədir? – kapitalist soruşur.
- Kolbasa nədir? – kommunist soruşur.

Uzunömürlü ilə telemüsahibə:
- Necə oldu ki, 167 yaşda belə yaxşı qaldınız?
- Böyük Oktyabr sosialist inqilabı idi...
- Yaxşısı budu, dekabristlərdən danışın.
- Böyük Oktyabr sosialist inqilabı idi...
- Zəhmət olmasa, Puşkindən danışın.
- Böyük Oktyabr sosialist inqilabı idi... Hərc-mərclik vaxtı mənim yaşımı 100 il artıq yazdılar.