adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Noyabr 2018 11:20
4851
HADİSƏ
A- A+

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, noyabrın 29-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami və Xətai Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində tədbirlər keçiriblər.

Reydlər nəticəsində Nizami rayonu ərazisində 4, Xətai rayonu ərazisində isə 2 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Həmin mağaza və köşklərin 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və hər biri 100 manat cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.