adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2018 18:57
12629
DÜNYA
A- A+

ABŞ çinli tələbələrin casus olmasından şübhələnir

ABŞ prezidenti Donald Trampın administrasiyası təhsil almaq üçün Amerikaya gələn Çin tələbələrinin telefonlarını və sosial şəbəkələrdəki fəaliyyətini izləyəcək.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağ Ev ABŞ-da təhsil alan çinli tələbələrin Pekin kəşfiyyatı üçün çalışan casus ola biləcəklərindən şübhələnir. Bu səbəbdən də, Tramp administrasiyası Çindən gələn tələbələrə qarşı araşdırma aparmağı planlaşdırır.

Bildirilir ki, araşdırma çərçivəsində tələbələrin telefon qeydləri və sosial şəbəkələrdəki hesablarına nəzarət ediləcək, onların virtual həyatı təqib olunacaq.