adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2018 17:59
3749
HADİSƏ
A- A+

Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin 4 üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Adalet.az-a verilən məlumata görə, xəstələr tam müayinədən keçirilib:

"Onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib. Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib”.

Rəsmi məlumata görə, rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.