adalet.az header logo
  • Bakı 13°C
29 Noyabr 2018 17:51
16075
SİYASƏT
A- A+

Diaspor Komitəsi müdaxilə etdi, erməni təxribatının qarşısı alındı

Rusiyaya məxsus Yandex.ru axtarış sistemində Azərbaycan Respublikası ilə bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.

Bu barədə Komitənin mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda bildirilib.

Bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olan kimi Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına təxribatın qarşısının alınması məqsədilə müəyyən təlimatlar verilib.

Məsələ ilə əlaqədar "Moskvanın Azərbaycan İcması” təşkilatının sədri Şamil Tağıyev sosial şəbəkə vasitəsilə soydaşlarımıza Yandex rəhbərliyinə müraciət ünvanlamalarını xahiş edib. Diaspor təşkilatlarının və ümumilikdə soydaşlarımızın kəskin etirazları nəticəsində sistemdə yerləşdirilmiş Azərbaycan Respublikası haqqında dezinformasiya proqramdan çıxarılıb.

Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilib. Məlumatda Azərbaycan Respublika­sının torpaqları Türkiyə və Ermənistan ərazisi kimi təqdim olunurdu.