adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2018 17:49
6453
HADİSƏ
A- A+

Tərtərdə yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ: 5 yaralı

Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.

Bu haqda Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.