adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Noyabr 2018 17:24
4951
HADİSƏ
A- A+

Güclü külək AMEA-nın parkında ağacı aşırdı

Gündüz saatlarından başlayaraq Bakıda güclü külək başlayıb.

Trend-in məlumatına görə, güclü külək Azərbaycan Milli Elmlər Akademiyasının parkında irigövdəli bir ağacı kökündən çıxarıb.

Aşan ağac ətrafa ciddi ziyan vurmayıb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb edilib, ağac ərazidən götürülüb.

FOTO: Ceyhun Ələkbərov