adalet.az header logo
  • Bakı 20°C
29 Noyabr 2018 14:55
17855
MARAQLI
A- A+

Limonlu suyun faydaları

Limonlu su qış xəstəliklərinin bir nömrəli düşmənidir. Bədənimizin qoruyucusu olan limonlu suyun xüsusilə soyuqdəyməyə xeyri var, bəs başqa nə faydaları var?

Öskürək, nəfəs alıb-vermədə çətinlik kimi xəstəliklərə limonlu su yaxşı təsir edir.

İmmunitetimizi gücləndirərərk bədənimizi xəstəliklərə, virsulara qarşı möhkəmləndirir. Bir fincan limonlu su içdikdə nəfəs borularımız rahatlayır və yumşalır. Allergik astma xəstələrinin də istifadə etməsi məsləhətdir.

Limonlu su bədəni tərlətdiyi üçün mikrobları da bədənimizdən xaric edir. Xüsusilə bağırsaqlarımıza yaxşı təsir göstərir və həzmimizi rahatlaşdırır.

Limonlu suya pambıq batırıb gözlərinizə sürtün. Nəticədə gözlərinizin yorğunluğu çıxacaq və gözlərinizin altındakı sallanmalar aradan qalxacaq. Limonlu su ilə saçlarınızı yuduqda dərinizdəki mikroblar da ölür, beləcə saç dəriniz xəstəliklərdən qorunur.

Stressə, əsəb sisteminə yaxşı təsir göstərir. Üstəgəl də limonlu su ilə dərinizdəki nöqtələri də apara bilərsiniz.