adalet.az header logo
  • Bakı 18°C
29 Noyabr 2018 13:19
14921
ELM VƏ TƏHSİL
A- A+

UNEC-in tələbələri və məzunu Avropa Parlamentində təcrübə keçəcək

UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

Adalet.az xəbər verir ki, Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyən olunub. UNEC-in 3 tələbəsi və bir məzunu müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.

Qalibləri təqdim edirik:

1. Xəyal Məmmədli - SABAH mərkəzi, marketinq ixtisası, 4-cü kurs;

2. Emiliya Bayramova - Rus İqtisad Məktəbi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs;

3. Yunis Şərifli - Türk Dünyası İqtisadiyyat Fakültəsi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs.

4. Fərid Fərəcov – UNEC-in məzunu.