adalet.az header logo
  • Bakı 17°C
29 Noyabr 2018 12:39
5536
HADİSƏ
A- A+

Tərtərdə PARTLAYIŞ - İki nəfər ağır dərəcədə yandı

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib."Report" hadisə zamanı iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırıldığını bildirib.

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, partlayış nəticəsində iki nəfər xəsarət alıb:

"2 nəfər yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin bədən səthinin 100 faizi yanıb. İkinci şəxsin isə bədən səthinin 70-80 faizi yanıb. Hər iki şəxsin vəziyyəti ağırdır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Bakıdan Tərtərə yardım briqadası göndərilib.