adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şeir yazmaqdan niyə imtina etdim? - Ayxan Ayvaz yazır...

AYXAN AYVAZ
29295 | 2018-11-29 11:48


Bir şair vardı, adı Adil Mirseyid.Fransızlara oxşayırdı, geyim-kecimi, kübar hərəkətləri gözümün qabağındadırhələ də. Adil Mirseyidlə tanışlığımız da fransızsayağı oldu, mənimlə çox kübarəda ilə danışdı. Sonralar onun söhbətləri oxuduğum kitablar qədər yaddaşımdaqaldı.

Yeniyetmə vaxtlarımdı, qızsevirdim, üstəlik Adil Mirseyidin modernizm, imperssionizm haqqındamühazirələri. Çox ağır gəlirdi mənə. O zamanlar şeirlər yazmağa başladım.Bir-iki deyərkən, bir də gördüm bir qovluq oldu. Şeirlərin ilk oxucusu kimolsun? Əlbəttə, Adil əmi. Ondan başqasına verməyə ürək eləmədim.

"Ekspress” qəzetində maraqlıyazıları gedirdi rəssamlar haqqında. Hər dəfə alıb oxuyanda ordan yeniməlumatlar əldə edir, sonra oturub bu barədə Adil Mirseyidlə, yəni müəllifinözü ilə söhbət edirdim. Bu dəfə "Ekspress” qəzetini alanda gözlərimə inanabilmədim. Özümün heç kimə göstərməyə ürək eləmədiyim şeirlər haqqında yazmışdı:

"Bir şairin şeirlərindən ətkilənmişəm, indi bu ətkinisizinlə bölüşmək ehtiyacı duyuram. Amma öncə deyim ki, onun poetik dünyasıhəyatın özü kimi xaotikdir”.

Şeirlərimi eləşeylərlə müqayisə etmişdi ki, labirintə düşdüyümü zənn etmişdim. Məsələn:

"Onunşeirlərinin musiqisi bəstəkar Alfred Şnitkenin musiqisinə bənzəyir - bilmirəmo, Şnitkenin musiqisinə bələddirmi? Bu ünlü musiqiçinin bəstələrini dinləməyiona tövsiyə edərdim. Onun şeirlərinin rəsmi irrosionaldır. Çeerce de Krikonun,Rene Maqrittin və Mircavadın tabloları kimi. Gənc dostuma təsviri sənətlə,Təbriz miniatür məktəbi və fransız impressionizmi ilə dərindən ilgilənməsiniarzulayıram.”.

Busöhbəti dəqiq tutmuşdu: "Gənc dostum metofizik bir dünyanın şairidi - zira o,hənüz yaşamadığı günlərin şeirlərini yazır”.

Ozamanlar günəş işığına həsrət zirzəmi kafedə Adil Mirseyidlə oturub söhbət edəngənc kimi xəyallarımın ucu-bucağı yox idi, tamam ayrı bir dünyada yaşadığımıhiss edirdim. Gah özümü rəsm tabloların arasında, gah musiqilərin içində, gahda poeziyada tapırdım. Etiraf edirəm ki, şeirlərə vurğunluğu məndə bir az AdilMirseyid yaratdı. Nazim Hikmətin 8 cildliyini mənə verəndən sonra isə şeiryazmağın daşını bir dəfəlik atdım. Bəlkə də Adil Mirseyid sağ olsaydı, buqərarıma gülümsəyər və bir gəncin qorxusu kimi qələmə verərdi.

Haqqımdayazdığı bu cümlələrlə o zaman da, indi də ikiəlli razılaşıram:

"İndionun şeirləri ilə üzbəüz oturmuşam, onun şeirləri ilə həmsöhbətəm. O, özünüifadə etməyə, təsdiq etməyə çalışır, onun içində hardasa sanki biranlaşılmazlıq qorxusu yaşayır.
Bəlkə də elə bu üzdən bir qədər əsəbi, bir qədərsəbirsizdi. O, nəyisə, çox vacib bir detalı unuda bilər, özü də bunu duyur,bəzən bir neçə misradan sonra sərbəst şeirin musiqisi ritmini dəyişir. Ritmqırılır, sonra yenidən bərpa olunur. Və iki misra arasındakı dissonans məninarahat eləyir, həyəcanlandırır. Amma onun mənə ürək qızdırdığını, etibarelədiyini bilirəm. Mən isə ondan nigaranam, çünki o, istedadlıdır. İstedad,yəni gerçək istedad isə hər yerdə, hər zaman təhlükəlidir...”

Düşünürəmki, o vaxt yaxşı ki, Adil əmiyə o şeirləri vermişəm. Çünki o öz keçmişinə,gəncliyinə yelkən açıb, sevgiləri, keçirdiyi hislər yadına düşüb, təzədəndoğulub. Yox, bu mənim şeirlərimin gücünə görə deyil. Qəti belə fikirləşməyinki, özümü tərifləyirəm. Baxın, Adil Mirseyid də haqqında danışdığım yazıda beləyazır:

"Eh, gidi dünya,deyəsən, artıq qocalmışam, öyüd-nəsihət vermək keçir könlümdən. Əstəğfürullah,sadəcə indi Ayxanın şeirlərini oxuduğum bürkülü yay gecəsində öz gəncliyimixatırlayıram. İyirmi yaşımda şeir dolu qovluğumu qoltuğuma vurub oillərdə çox məşhur olan, uşaqlıqda onun şeirlərini oxuya-oxuya şeir yazmağıöyrəndiyim şairin qapısını döymüşdüm. Kaş ki, heç döyməyəydim... Bizimgəncliyimiz "biganələr iqliminə düşdü". Biz iyirmi yaşımızda qayğısözünü eşitdik, amma qayğının özünü, üzünü görmədik”.

Məncə, bu açıqlamanıizah edəcək nəsə yazmaq yersizdir, Adil əmi öz gənclik vaxtlarının ağrılarınıqısaca dilə gətirib. Bir şeyi deyim ki, Adil Mirseyidin tələbəsi kimi həmişəonu maraqla dinləmişəm və mənə bildiklərini paylaşmaqda hər zaman səxavətliolub. Yazıda da bunu deyib:

"Ayxanın mənə verdiyiqovluqda yaddaşım məni aldatmırsa, təxminən otuz-otuz beş şeir vardı. Mən buqovluqda toplanmış şeirləri oxudum və gördüm. Yox, Ayxanın şeirləri vizual,görsəl şeirlər deyil, amma şairin portretini çəkməyə imkan verir. Onun lirikməni qapalı məkanda yaşayır. Qovluqda toplanmış şeirləri oxuduqca AndreyTarkovskinin "Stalker" filmini xatırladım - Tarkovski kinonun şairiidi. Rejissor bu filmi qapalı məkanda, çıxılmazlıq mühitində lentə alıb.Stalker zonada, labirintdə yaşayır. Rusiyadan, doğma vətənindən mühacirət etməkməcburiyyətində qalan rejissor Sovetlər Birliyində qapalı məkanda Stalker idi.Ayxan da qapalı mühitin şairidi, amma o, Stalker deyil. O, labirintdə yox, şüşəkaleydoskop içindədi sanki. Onun tragikomediyası, elegik ovqatı bir gəncinmelanxoliya durumundan xəbər verir - şüşə kaleydoskop içində kəpənək qanadlarıilə uçmaq sevdasında bulunan bu gənc daxilən özgürdür, Aleksandr Blok sağ olsaydı,şairin daxili özgürlüyünə "gizli azadlıq" deyərdi.
Arabir türk çayxanasında görüşürük, başımızsöhbətə qarışır, əslində çox zaman mən danışıram, o, bir tələbə marağı ilə mənidinləyir. Bəzən ona sevdiyim kitabları bağışlayıram. Bir də baxıb görürük ki,bardaqlarda çay çoxdan soyuyub - əlbəttə çay bəhanədi”.

Yazının sonunda Adil əminin mənimüstümdə əsdiyi hiss olunur. Məndən narahatdır. Çünki həmin şeirlərdə ölümqırmızı xətt kimi keçirdi və həssas şair də bunu hiss etmişdi:

"On səkkiz yaşlı birgəncin qafasında dolaşan bu ölüm sevdası nədi? Onun hər şeirindən ölümmetafizik olqu olaraq keçir. Sətirlər, misralar arasında ölümün kölgəsigörünür.
Attilla İlhan "ölümə yenik düşən əslindəqorxuya yenilir" demişdi.
Qorxuya yenilmə, mənim gənc dostum!”

Mənim də yazımın sonu belə olsun:

"Fransız şairləri kimi kübar əda ilədanışan, Adil əmi! Qafamızda dolaşan ölüm sevdası gerçəkmiş. Gözəl kişilərinhamısını çiynimizdə apardıq. Çox yorulduq. İstəməzdim ki, sənə dediklərim buqədər kədərli olsun, amma nə yazıq, yazılan hər söz, cümlə kədərli səslənir.Hələ bu şeirin də:

səndənölüm diləmişdim

allahmənə ölüm göndər demişdim

allahbağışla bəndəni

bugecə öldürmə məni

bilirəmqul olduğumu

bilirəmşair olduğumu

qulamsaşairliyimi al məndən

şairəmsəgəl məni qul eləmə

birkimsə görmədən başım üstündə uçur

səngöndərən bəyaz kölgə

anlatmənə allahım anlat mənə kim olduğumu

biranadan doğulmuşuq biz bəlkə

odünyadan gəlmişdim

budünyaya alışdım

ammanə qul nə də şair

taleyimləbarışdım

allahımniyə mənə qanad vermişdin

bilirdinki qıracaqlar qanadlarımı

uçubgələ bilməyəcəm dərgahına

yapayalnız qalacam fani dünyada

Hərdənfransız şairlərinə bənzəyən, qollarında bilərzik, gözlərində balaca eynək olanAdil Mirseyidlə qarşılaşıram.


TƏQVİM / ARXİV