adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Noyabr 2018 18:00
13690
DÜNYA
A- A+

Mosuldakı dağıntılar altından 1900 cəsəd tapılıb

İraqın Mosul şəhəri İŞİD terrorçularından azad edildikdən bəri şəhərin rayonlarından birində dağıntılar altından təqribən 1900 insanın cəsədi tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə "Akhbar Al-Iraq” agentliyi İraqın Vətəndaş Müdafiəsi İdarəsindəki mənbəsinə istinadən bildirib.

"Mosul azad edildiyi vaxtdan etibarən vətəndaş müdafiəsi briqadaları şəhərin cənubunda yerləşən tarixi rayondakı dağıntılar altından indiyədək təqribən 1900 insanın cəsədini çıxarıblar” – İdarənin rəsmisi deyib.

Xatırladaq ki, İraqın ikinci ən böyük şəhəri Mosul 2014-cü ilin ortalarından İŞİD terror təşkilatının İraqdakı əsas "qalası” olub. 2017-ci ilin iyulunda beynəlxalq koalisiyanın dəstəyilə hökumət qüvvələri Mosulu terrorçulardan tamamilə təmizləyib.(azvision.az)