adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2018 16:36
10225
DÜNYA
A- A+

Putin Ukrayna gəmilərinin ələ keçirilməsindən DANIŞDI

"Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.

Modern.azRusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya PrezidentiVladimir PutinKerç boğazındakı hadisə ilə bağlı açıqlamasında vurğulayıb.

O bildirib ki,baş verənlər Ukrayna hökuməti, bəlkə də, elə dövlət başçısı Pyotr Poroşenko tərəfindən seçki ərəfəsində təşkil edilən təxribatdır:

"Poroşenkoya aşağı reytinqi səbəbindən müxalifətdən olan rəqiblərinə qarşı maneələr yaratmaq lazımdır"-deyə Putin bildirib.

Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb:

"Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”.

Qeyd edək ki, noyabrın 25-dəQara dənizin Odessa limanından çıxan və Kerç boğazından keçərək, Azov dənizinin Mariupol sahilinə yola düşən 3 Ukrayna gəmisi Rusiya tərəfindən atəşə tutulub. Gəmi heyətinin ələ keçirilməsindən sonra vəziyyət daha da gərginləşib.

Hadisə nəticəsində 6 ukraynalı dənizçi yaralanmışdı.

Ukrayna Rusiyadan onların dərhal azad edilməsini və geri qaytarılmasını tələb edir.

İnsidentdən sonra Ukraynada hərbi vəziyyət elan olunub.