SƏNDƏN MƏDƏT, YA MƏDƏTOV
Ayın 29-da «Qarabağ» «Sportinq»i qonaq edəcək. Elə qonaqlar var ki, onlara plov yedirtmək lazım deyil, şillə-təpik qonaqlığı da bəzən vacibdir. Bu bir zarafat. İnşallah, «Qarabağ» oyunda qalib gələr və parlayan ulduzumuz Mahir Mədətov da «Sportinq»in qapıçısını bir-iki topa qonaq edər.