adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Noyabr 2018 14:15
9784
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: YARIMÇIQ NAĞIL

Tökülüb qurtarmadı...
almalar göydə qaldı...
Ümidləri əlimdən -
göz yaşı göydə aldı...

Sındı dəyirman daşım
dən axdı arasından...
Əhlətə dəydi başım -
qan axdı yarasından...

Gözümün dibi öldü -
sanki sönmüş çıraqdı...
Ovcumun içi göldü -
kölgən göldən qıraqdı...

Dilim dişin içində
kilidlənib , küsdürmə...
Kim var işin içində -
kim " ah" töküb üstümə?!

... Qupquru bir səs göndər -
Canım tapşırsın ruhun...
Mənə gəmində yer yox -
mənsiz üzüb get , Nuhum!...