Faiq QİSMƏTOĞLU: YÜZ MANATA ÇAY

FAİQ QİSMƏTOĞLU
41515 | 2018-11-28 13:58

"Çay nədi, say nədi, çıxdıbeşə, vur on beşə!”. Bunu, çayı həddindənçox sevən insanlar söyləyirlər. Ki, çayqədər insana ləzzət verən və onun yorğunluğunu canından çıxaran ikinci bir içkiyoxdur. Düzdür, avropalılar pivə içirlər, araq işirlər, viski, çaxır içirlər.Biz müsəlmanlar isə ən çox çaya meylliyik. Həddindən şox çay içən adama"çayxor” deyirlər.

Mənim mamam oğlu Tehranınhər çaydan xoşu gəlməz. Sovet dönəmində Hindistandan, Seylondan gətirilən çayıalardı və dəmlədib pəh-pəhlə içərdi. Çayın ətrindən bilərdi ki, dəmlənmiş çayhind çayıdı, yoxsa seylon çayı. Hətta atam rəhmətlik hind çayı alanda deyərdiki, bacım oğlu Tehranı çağırın, gəlsin bu çaydan içsin. Çünki o, əsl çaylasaxta çayı ayırd etməyi bacarır. Mama oğlu Tehran da bizə gələr, yeni alınmış,hind, seylon çaylarını anam rəhmətlik dəmləyərdi. Tehran da o dəqiqə çaydan birqurtum içən kimi deyərdi ki, dayı, bu çayın rəngi də, dadı da, ətri də lap ləzzətlidir.Ürəyini buz kimi saxlaya bilərsən və nə qədər də istəsən çaydan alarsan. Heçbir qatqı yoxdu...

Mamam oğlu Tehran indi dəbizim çaylardan istifadə eləmir. İrandan 5-6 kilo çay gətirib, elə onu da dəmlətdiribiçir. Bir dəfə də onlarda qonaq olanda həyatyoldaşı qohumum Xalidə xanım İrandan gətirilmiş çaydan dəmlədi və biz də içdik.Son vaxtlar belə ləzzətli və ətrli çay içməmişdik. Çayı ləzzətlə içdiyimi görənmamam oğlu soruşdu:

- Elə bil çay xoşuna gəldi?!

- Xoşuma gəldi nədi, lapləzzət elədi. Ay mamaoğlu, sözün düzü, son vaxtlar belə dadlı çay içməmişdim.

Mamam oğlu yenidən dilləndi:

- Xoşun gəlirsə, pay daverə bilərəm.

- Rəhmətliyin oğlu, xoşungəlir nədir, lap mənə ləzzət eləyir.

Bir az keçmiş gördüm ki,Xalidə xanım o çaydan bir qutu bizə pay qoydu. Düzdür, bir az yalandan da olsaetiraz elədim. Ancaq hər şey ürəyimdən idi.

Axı dedik, çay bizim millətinsevdiyi çox gözəl içkilərdəndi. O gün hansısa televiziya kanalına baxandagördüm ki, Astarada bazarda bir kiloqram çayı 70-80 manata, 100 manatasatırlar. Hətta 100 manatdan baha qiymətə də satılan çay vardı. Sözün düzü, mənçayın bu cür baha olmasına təəccübləndim.

... Bir neçə gün keçmiş, astaralıvə çay satışı ilə məşğul olan bir tanışımla rastlaşdım. Dedim qardaş, o günteleviziyada bir süjet göstərdilər, lap məəttəl qaldım. O da təəccüblənibsoruşdu ki, niyə məəttəl qaldın? Dedim ki, ona görə məəttəl qaldım ki, bir kiloqramçayı 100 manata və ondan baha qiymətə satanlar da var. O da güldü və dedi:

- Çaydan başı çıxmayan oqədər imkanlı adamlar var ki, hansı qiyməti desən onunla razılaşırlar.

- Belə çıxır ki, yüzmanata satılan çay heç də digərlərindən fərqlənmir.

- Düz düşünmüsən. Bizdəilk vaxtlar yığılan çaya may çayı deyirlər.O bir qədər digər çaylardan fərqlənir. Məsələn, mənim özüm bir kiloqram çayı18-20 manata satıram. Çoxları məni yaxşı tanıyır, mən də onları. Amma heç vaxt mən müştərimə 20 manatlıq çayı100 manata sata bilmərəm.

- Bəs onda o adamlarcamaatı niyə aldadır?

- O adamlarda günahyoxdur. Günah baha qiymətə deyilən çayı alan adamlardadı. Bir dəfə Bakıdabazarda gördüm ki, tanışlarımdan biri mənim 20 manata satdığım çayı 100 manatasatır. Dedim ki, Allahın yoxdur, camaatı niyə aldadırsan. O da əlini dodağınaaparıb dedi: "Sənin nə borcuna qalıb? Bazarıma maneçilik törətmə, görürsən ki,müştərim var. Bərkdən danışsan eşidib qaçar”. Gördüm ki, tanışım məndəninciyir, başımı bulayıb getdim.

- Heç elə alıcılarda birgünah da yoxdu. Çünki hər adam yaxşı çayla ortabab çayı ayırd edə bilmir.

- Ayırd edə bilmirsə, zəhmətçəkib çayı tanıyan adamla işini qursun.Əgər çayı tanımırsansa, onda gedib tay kiloqramı 100 manata niyəalırsan? Elə 20-30 manata satılan çaylaonun arasında fərq yoxdusa, özünü çıxılmaz vəziyyətə qoymamlısan. Bir dəvallah, varlığa nə darlıq. Satıcı belədir ki, ağzına gələn qiyməti müştəriyə"oxuyur”. Gərək müştəri özü belə durumdan nəticə çıxarsın, 20-30 manata olançayı 100 manata almasın.

Bu söhbəti eşidənyaxınlıqdakı tanışlarımdan biri də başına gələn əhvalatı nəql etdi. Dedi ki,bir yerdə nehrə yağını ucuz qiymətə satan satıcı ilə alıcı arasında söhbət heçvaxt yadımdan çıxmır. Alıcı nehrə yağı satan satıcıcdan soruşdu:

- Yağın kiloqramı neçəyədir?

- On bir manata.

- Əşi, bunu lap ucuz qiymətəsatırsan ki. Biz görmüşük ki, nehrə yağının kiloqramı 20 manata olar.

Satıcı yenidən dilləndi:

- Ay oğul, qapıdakıheyvanımızın məhsuludu, ona görə ucuz qiymətə satıram. İndi yalandan durub desəm20 manata, axı bu günah olar. Mən ağsaqqal adamam, oruc tutub, namaz qılıram vəheç vaxt da haram yolla pul qazanmamışam. Çünki Allahımdan qorxuram və halalyolla qazandığım mənə bəs eləyir.

Bax, çox vaxt belə olur.Kimsə öz halal məhsulunu ucuz qiymətə satır, biz buna dodaq büzür və deyirikki, keyfiyyətsizdir. Amma bəziləri də Allahını, vicdanını yaddan çıxarıb bizəqiymət "oxuyur”, onu bəh-bəhlə alıb evimizə aparırıq. Heç vaxt da başa düşmürükki, balam, kiloqramı 20 manatla 100 manat arasında olan çayın fərqi nədir. Əgərbunun fərqini bilmiriksə, günahı çay satanda deyil, kiloqramına 100 manat veribonu alan adamlarda görməliyik.

Bir də bizim millətin çoxqəribə xasiyyəti var. Məsələn, kiloqramına 100 manat verib alan adam durub deyərki, a kişi, sən kimsən, pul mənimdi, özüm bilərəm: istəyərəm kiloqramına 100manat verərərm, istəyərm 200 manat! Bax, onda ona irad tutan adam qalar odla suarasında. Və bir də varlığa nə darlıq?!.


TƏQVİM / ARXİV