adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

AQİL ABBAS: EH, AĞA ƏMİ, SƏMİMİYYƏT ELƏ SİZLƏRLƏ GETDİ

AQİL ABBAS
77821 | 2018-12-04 10:21

Orta məktəbdəoxuyanda Ağa Laçınlının "Səmimiyyət”adlı bir şeirini oxumuşdum. Çox xoşuma gəlmişdi. Dil də o qədər şiriniydi ki,ikicə dəfə oxumaqla əzbərləmişdim. Atam da hərdən qonaq-qara olanda o şeiri mənə dedirdirdi. Və atam da elə bilirdi doğrudanda səmimiyyət qəlbin məhəg daşıdı.

Sonrauniversitetə daxil olanda (onda unversitet bir dənəydi) Ağa müəllimi gördüm,tanıdım, müəllimimiz oldu. Və gördüm ki, Ağa əmi (mənə çox doğmadır ona görə əmideyirəm) özü elə səmimiyyətin məhəg daşıdı. Təkcə səmimiyyətin yox, insanlığında, paklığın da, müəllimliyin də məhəg daşıdı.

Filologiyafakültəsinin qiyabi şöbəsinin dekan müavini, dekanı oldu. O illər filologiyanınqiyməti 5-10 min arasındaydı. Amma Ağa əmi heç 5-10 qəpiyin də yiyəsi olmadı, haram nədibilmədi. Dünyanın o başı olan Əhmədlidə iki otaqlı "kasıb bir daxmada”ruhu uçub getdi Laçına.

Övladlarınada heç bir var-dövlət qoyub getmədi. Övladlarına paklıq, səmimiyyət, mərdlik, insanlıq və cəsarətqoyub getdi. Çox böyük bir mirasdı. Hərata övladlarına belə qiymətli mirasqoyub gedə bilmir. Elə bir miras qoyub getdi ki, övladları yüz il də xərcləsələr,dost-tanışa pay versələr də, tükənən deyil. Və bir də bu dağlar oğlu istedadını əmanat elədiövladlarına.

Son zamanlardünyanı da, insanları da belə gördükcə, Ağa əminin bu şeirini tez-tezxatırlayıram.

Eh, Ağa əmi,səmimiyyət, yaxşı kişilər yaxşı at minib getdiyi kimi, sizin kimi yaxşı kişilərlədə çıxıb getdi. İndi səmimiyyət lağ yeri olub. İndi nə qədər səmimisənsə,insanlar sənə bir o qədər yuxarıdanaşağı baxır. Səmimisənsə, belinə çıxmaq istəyirlər. Heç kəs sənin kasıb daxmanıbağrına basmaq istəmir. Heç kəs sənin komanı imarət bilmir, yavan loxmanıbəyənmir. Və səmimiyyət duzu, çörəyi dada gətirmir.

Eh, Ağa əmi,kaş sənin bu şeirini bütün Azərbaycan xalqı əzbər biləydi. Və təkcə əzbərbilmiyəydi ey, həm də yazdığın kimi səmimi olaydı. Onda sənin doğma yurda həsrətnəşini oğlanlarınla birgə mən də çiynimə götürüb Laçına apara bilərdim.

Ağa əmi, ammaonu da biləsən ki, o gün Azərin toyuna gələnlərin 95 faizi səmimiinsanlarıydı..

P.S. Ağa əmininşeirini bu günkü nömrəmizdə oxuya bilərsiniz.


Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.

Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.

Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.

Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.

Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.


TƏQVİM / ARXİV