adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Noyabr 2018 12:16
4473
GÜNDƏM
A- A+

Məleykə Abbaszadə müəllimlərə irad tutdu: “Təəssüflər olsun ki...”

"Biz işimizdəki bugünkü uğuru şəffaflıq sayəsində qazanmışıq".

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, DİM hazırda əhalinin bütün yaş qruplarını əhatə edən hər cür imtahanların keçirilməsini təskil edir:

"Bu ilin 10 ayı ərzində imtahanlarda 641517 iştirakçı olub. 48 mindən çox müəllim imtahanların keçirilməsində bizə kömək edib. Mərkəzləşdirilmiş imtahanlar təhsilin ümumi inkişafı ilə bağlı təsvir yaradır. İctimaiyyətdən çox olmasa da, müəyyən qədər şikayətlər alırıq. Cari ildə imtahanlar zamanı 2417 yazılı şikayət daxil olub ki, bu da ümumi iştirakçıların 0,3 faizini təşkil edir. Təəssüf ki, müəllimlər də bu neqativ halların yaradılmasında iştirak edir. Bütün bu məsələləri hüquqi müstəvidə həll edirik. Sosial şəbəkələr bizi diqqətli olmağa vadar edir”.

M.Abbaszadə qeyd edib ki, dərsliklərdə baş verən yeniliklər də imtahanlarda da öz əksini tapacaq.

M. Abbaszadə onu da vurğulayıb ki, imtahanların ildə iki dəfə müxtəlif regionlarda aparılması çevik fəaliyyətin göstəricisidir.

"Hər bir sahə üzrə qiymətləndirmə meyarı dəyişir. Müəllimlərin yüksək motivasiyası uşaqlarda öyrənmə istəyini artırır. Müəllim peşəsi gənclərin gələcəyini formalaşdırır".(modern.az)