warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Ağa Laçınlı: SƏMİMİYYƏT Adalet.az | Ağa Laçınlı: SƏMİMİYYƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ağa Laçınlı: SƏMİMİYYƏT

9988    |   2018-12-04 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.

Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.

Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.

Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.

Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.




İmza:
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK