adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2018 10:06
9674
İDMAN
A- A+

“Sportinq” Bakıya tam heyətlə gələ bilmir

Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçı üçün Bakıya 18 futbolçu ilə gəlir. Adalet.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer bu görüşdə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil.

IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb.

Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.

Qeyd edək ki, "Sportinq" Bakıya bu axşam gələcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.