adalet.az header logo
  • Bakı 20°C
28 Noyabr 2018 09:20
9456
ƏDƏBİYYAT
A- A+

Qədim yurdun müqəddəs ocağı


1918-ci ildə Nuxa, Göyçay və Şamaxı qəzaları ərazisində əsasən hay mənşəli, eləcə də onlara arxa duran yerli kəndlərin silahlı dəstələrinin köməkliyi ilə qüvvətlənən A.Servantstyanın nizami quldur birləşmələrinin qanlı hücumları Qəbələ nahiyəsinin Əmirvan, Yengicə, Tüntül, Seyidqışlaq, Nohurqışlaq (Göyçay çayının sağ qolu olan Qaraçay çayı hövzəsi boyunca), eləcə də Nic (əsasən udinlər yaşayan), Dizaxlı (ləzgilər üstünlük təşkil edən) kəndləri istiqamətindən (Türyançayın sol qolu Qaraçay çayının yatağı üzrə) olmuşdur.
Hər iki yöndə dinc sakinlərə qarşı edilən qətliam və soyqırım faciələrinin qarşısını alan (çünki yerli müqavimət dəstələrinin mübarizəsi düşmənə tab gətirmirdi) 5-ci Qafqaz İslam Ordusunun süvari və piyada heyətinin əsas qərargahı Nic kəndində Hacı Qərib Əfəndinin (1852-1927) mülkündə yerləşmiş və bu nahiyənin ərazisindəki döyüşlər idarə olunurdu. Düşmənlə cəbhənin şərq qolu olan Əmirvan-Nohurqışlaq kəndləri boyunca gedən savaşlarda (hayların hücumu əsasən Bəylər kəndindən edilirdi, burada 20-30 hay ailəsi yaşayırdı) xilaskar ordunun itkisi də olmuşdur.
Bu savaşlar barədə Nohurqışlaq kənd sakini Məcid Səid oğlu (1850-1970) söyləmişdir.
Osmanlı Türkiyəsi ordusunun döyüşçüsü kənd sakini Dursun Mehran oğlu Ağayevin həyətindəki əzgil ağacının altında Şəhid olduğundan burada dəfn edilmişdir (o vaxtı bu kənddə 10-15 ev olub). Keçən əsrin 30-cu illərində həmin yerdə məktəb tikildiyindən məzarın yeri dəyişdirilmiş və şəhidin nəşi ümumi qəbirstanlıqda torpağa tapşırılmışdır.
Qarabağ uğrunda gedən döyüşlərdə 2006-ci ildə Nohurqışlaq kəndinin Şəhid olmuş 5 övladının yanına köçürülən Türk Şəhidinin qəbri (bu mərasimdə kənd sakinlərindən molla Kərbi Bətər oğlu (1940), Ağahüseyn Yusif oğlu Tahirov (1945), Yaqub Həmid oğlu Tahirov (1951) iştirak etmişlər) 2010-cu ildə Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin köməkliyi ilə yenilənmişdir (sinə, baş daşı Almaniyadan gətirilən qırmızı mərmərlə əvəz edilmişdir). Aşağıdakı ithaf kəlmələri baş daşına yazılmışdır:
TÜRK ŞEHİDİ

1918-ci ildə Azərbaycanlıları erməni qırğınlarından xilas etmək üçün Şehid olmuş Türk əsgəri. Ruhu şad olsun.

Doğudan batıya Həsrət Qanlı,
Bir lel əsər sərin-sərin Bizimdir.
Kədər dolu, sevda dolu, eşq dolu,
Şehid dolu Təpələrin Bizimdir."

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi